WINFI HAQQINDA

WinFi insanların həm öz WiFi-nı paylaşmasına, həm də WiFi üzərindən internetə qoşulmasına imkan verən layihədir. Siz öz WiFi-nızı paylaşaraq pul qazanmaq imkanına sahib olursunuz.

İki mobil tətbiq vardır: WinFi Owner, WinFi User. Hal-hazırda mobil tətbiqlər Google Play və App Store-də aktivdirlər.

WiFi paylaşmaq və ona qoşulmaq üçün heç bir əlavə cihazdan və qurğudan istifadə etmək tələb olunmur, yalnız göstədiyimiz iki mobil tətbiqdən istifadə etmək kifayətdir.

WiFi sahibi WinFi Owner tətbiqi vasitəsilə öz Wifi-nı paylaşır. İstifadəçi Winfi User tətbiqi vasitəsilə kiçik bir gündəlik haqq ödəyərək bütün WinFi nöqtələrindən istifadə etmək və internetə qoşulmaq hüququna sahib olur. İstifadəçilər WinFi nöqtələrinə qoşulmaqla LIMITSİZ internet əldə etmiş olurlar.

WinFi şəbəkəmiz daim genişlənir və hər gün yeni Wifi nöqtələri əlavə edilir.

WINFI OWNER TƏTBİQİ

Winfi Owner tətbiqi, WiFi şəbəkəsinin sahibinə öz WiFi-nı paylaşaraq pul qazanmaq imkanı verən mobil tətbiqdir. WinFi Owner tətbiqində qeydiyyatdan keçərək WiFi sahibi öz WiFi məlumatlarını (login, parol, GPS location) paylaşır.

Winfi Owner tətbiqində bütün statistik məlumatlar göstərilir. Siz öz hesabınızı idarə edərək istifadəçilərdən əldə edilmiş gəlirləri götürə bilər və onlayn hesabat apara bilərsiniz.

Google Play və App Store-dən Winfi Owner tətbiqini yükləyin.

WINFI USER TƏTBİQİ

Winfi User tətbiqi sizə WinFi şəbəkəsində movcud olan WiFi nöqtələrinə qoşulmaq imkanı verir.
Qeydiyyatdan keçib gündəlik 25 qəpik ödəyərək LİMİTSİZ internet əldə edin.

Google Play və App Store-dən Winfi User tətbiqini yükləyin.

KÖMƏK
WiFi şəbəkəsini paylaşmaq üçün yaradılmış platformdur. 2 mobil tətbiq vasitəsi ilə istifadə edilir. Hər iki mobil tətbiqi iOS store və Android market-dən yükləmək olar.
Winfi Owner- WiFi sahibləri tərəfindən istifadə edilir.
Winfi User- WiFi istifadəçiləri tərəfindən istifadə edilir.
Gəlirin 70%-i Winfi Owner əldə edəcək.
Xidmət haqqı günlük/24saat/0.25AZN, aylıq/720saat/6AZN olacaq.
Winfi User app üzərindən User öz bank kartı və ya Portmanat hesabı ilə ödəniş edə biləcək.
İstifadə tamamilə limitsizdir.
İstifadəçi sayı və ya sürət həddinə limit qoyulmur.
WinFi Owner app-də statistika bölümündə qoşulma sayını və qazanılan pulları görmək olar.
Qazanılan gəliri bank kartına və ya portmanat hesabına çıxarmaq olar. Minimal məbləğ 10AZN olduqdan sonra bu əməliyyatı edə bilərsiniz.
Təhlükəsiz və tam güvənli olmaq üçün əlavə Wifi modem və ya eyni Wifi modemdə əlavə xətt yaradıb Wifi-nizi paylaşa bilərsiniz.
O zaman VPN-dən istifadə edərək Winfi-dan tam güvənli istifadə edə bilərsiniz.
WinFi User istifadə qaydası
WinFi Owner istifadə qaydası
BİZİMLƏ ƏLAQƏ
[email protected] , +994503849736
Partnyorluq

WinFi partnyoru olmaq istəyirsən?
[email protected] email yaza bilərsiniz.